Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Səbinə Əliyeva danışdı – Yenilənib
  • Gündəm
  • Rəsmi

Səbinə Əliyeva danışdı – Yenilənib

rubinroot Avqust 28, 2020
sebine

“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”

“Rubin.az”  xəbər verir ki, bu fikirləri Modern.az-a Ombudsman Səbinə Əliyeva mətbuatda fəaliyyətinin dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib:

“Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk”.

***

Ombudsman Aparatı da yayılan xəbərlərlə bağlı məlumat yayıb. Bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“Nəzərinizə çatdırmaq istərdik ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş sələhiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: 17 yaşlı qızın zorla qaçırılması xəbərinə DİN-dən açıqlama
Next: Lotu Qulinin kriminal imperiyasının başına onun kiçik qardaşı Namiq Səlifov keçib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.