Gəncə şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.
Rubin.az xəbər verir ki,Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
İctimaiyyət nümayəndələri axın-axın Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərinin məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı gəncəli Valeri Boqdanov şəhid olub.