07 avqust 2020-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazırıq” adlı videokonfrans keçirilmişdir.
“Rubin.az” xəbər verir ki,Konfransı giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq gündəlikdə duran mövzu ilə bağlı məlumat verdi. Qeyd etdi ki, idarəmiz “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.1 bəndinin 5.1.3 yarımbəndinin icrası ilə bağlı, əlaqədar təşkilatlarla birgə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur. Vətənpərvərlik mövzusu hər zaman gənclər siyasətinin əsas tərkib hissəsi olmuşdur. Gənclərimizdə vətənpərvərlik tərbiyəsi hisslərini aşılayan bugünkü tədbirimiz də bu baxımdan təqdirə layiqdir. Ötən ay ölkəmizin Tovuz ərazisi istiqamətinə edilən təxribatlarla bağlı baş vermiş hadisələr bu səpkili tədbirlərin sayının çoxaldılmasını zəruri edir.
Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar xanım Hüseynova çıxış edərək bugünkü mövzunun vacibliyindən danışdı və gənclərimiz vətənpərvər olmalarını son dövr hadisələrlə sübuta yetirdilkərini qeyd etdi. Belə ki, ötən ay Tovuzda baş verən hadisələrlə bağlı, Qarabağ qaziləri, veteranları ilə yanaşı şəhid övladlarının da torpaqlarımızın müdafiəsinə qalxması üçün qeydiyyatdan keçmələri, Ali Baş komandanın əmrinə hər an hazır olmaları onlarda bu ruhun nə qədər güclü olduğunun bariz nümünəsidir.
Daha sonra Bərdə rayon İcra Hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin rəis müavini,mayor Ceyhun Əsədov ,İTV-nin Qarabağ bölgə müxbiri, AMEA Fəlsəfi İnstitunun dissertantı Şöhrət Eyvazov, YAP Bərdə rayon Təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov mövzu ilə bağlı çıxış edərək,öz fikirlərini bildirdilər.
Konfransa Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov yekun vuraraq gənclərə öz tövsiyyələrini verdi.
Konfrans zamanı gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.