Cümə axşamı, 15 Oktyabr 2026 09:35:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

İran “Polad Ələmdar”ı terrorçuluqda ittiham etdi – FOTO

19.01.2019 23:01 · 652 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Münbiçdə bir restoranda meydana gələn partlayışı Tükiyənin üzərinə yıxmağa çalışan PKK ağlasığmaz cəhdlər edərkən, İran da bu komediyaya dəstək verib.

“Rubin.az” Oxu.Az-a istinadən  xəbər verir ki, Münbiçdə ABŞ əsgərlərinin keçidi zamanı bir restoranda partlayış baş vermiş, PKK-lıların nəzarətində olan bu bölgədə yaşanmış hadisədə məsuliyyət Türkiyənin üzərinə atılmağa çalışılmışdı.

Saxta propaqanda ilə məşğul olan terrorçular “Qurdlar vadisi” serialının qəhrəmanı “Polad Ələmdar”ı partlayışın səbəbkarı olaraq göstərməyə çalışıb. İran dövlət yayım orqanı olan “Press TV” isə bu iddiaları gerçək kimi xəbərə çevirib.

İran rəsmi xəbər agentliyi “Qurdlar vadisi” serialının baş qəhrəmanı “Polad Ələmdar”ın rolunu canlandıran aktyor Necati Şaşmaz Türkiyə Milli Təhlükəsizlik Təşkilatının agenti kimi təqdim edilib və saxta məlumat doğru xəbər kimi paylaşıb.

↑