XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü 1990-cı ildə 20 yanvar faciəsi kimi meydana çıxdı.
Azərbaycan xalqının milli azadlıq ruhunu boğmağa çalışan sovet ordusu dinc əhaliyə qarşı silahlı təcavüzü günahsız insanların ölümünə səbəb olsa da totalitan reyinin süqutu ərəfəsində azərbaycanlıların vəhşiliklə öldürülməsinə , Bakının ən hündür yerində Şəhidlər xiyabanını salınmasına səbəb olsa da müstəqilliyimizi qazanmağımıza mane ola bilmədi.
Həmin hadisələr haqqında oxuyanda , araşdıranda insanın gözünə batan kobud konstitusiya pozuntularını görəndə, eyni zamanda bu hadisələrlə bağlı ekspert araşdırmaları ilə tanış olanda hadisənin təsadüfi olmadığını anlayırsan.
Azərbaycan xalqının dahi oğlu , ümummilli lideri Heydər Əliyevin daha bir əvəzolunmaz xidməti bu hadisələrə siyasi qiymətin verilməsidir.
Belə ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonar 1990 –cı ilin qanlı faciəsinə dövlət səviyyəsində tam siyasi – hüquqi qiymət verildi.
Lakin qeyd etməliyəm ki, bu faciə nə qədər qanlı olsa da bir qəhramanlıq salnaməsidir.
Azərbaycan tarixinin parlaq səhifəsinin açılışı, müstəqilliyin açarıdır.20 yanvar hadisələrindən 29 il ötür. “Şəhidlər xiyabanın” da 29 il əvvəl basdırılmış oğullar, qızlar bu günümüzün azadlığının qurbanlarıdır.
İtirdiyimiz canlar sayəsində azadlığımıza qovuşduğumuza görə bu faciə deyil bir qəhramanlıq salnaməsidir.