Cümə axşamı, 15 Oktyabr 2026 09:35:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi

19.01.2019 21:44 · 678 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hindistanda 17 yaşlı gənc aşağı təbəqədən olması səbəbindən qonşularının dəfninə qatılmadığı anasını velosipediylə 5 kilometr daşıyaraq meşəliyə götürüb dəfn etdi.

“Rubin.az” xəbər verir ki,Oxu.Az tgrthaber.com.tr-yə istinadən məlumatına görə, Hindistanda 7 yaşı olarkən atası ölən 17 yaşlı Saroj adlı gəncin ailəsi bulaq başına su almaq üçün getdiyi zaman anidən yerə yıxılaraq dünyasını dəyişib.

Bundan sonra Sarok qonşulardan anasının cəsədini dəfn etmək üçün yardım istəyib. Qonşular isə Sarojun ailəsinin aşağı təbəqədən gəldiyi və kasıb olduğu üçün yardım etməyi qəbul etməyiblər.

Məcburiyyət qarşısında qalan Saroj, anasının cəsədini təkbaşına velosipedə bağlayaraq 5 kilometr uzaqlıqdakı meşədə qazdığı bir çuxurda basdırıb. Anasının meyitini daşıyan Sarojun ayaqqabılarının da olmadığı nəzərə çarpıb.

Sarojun anasını daşıyarkən ondan nə daşıdığını soruşan adama “Anamı daşıyıram” deməsi qəlbləri kövrəldib.

https://www.youtube.com/watch?v=aouV9rXq5dU

↑