Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident İlham Əliyev Tovuzdakı döyüşdən danışdı – Video
  • Manşet
  • Rəsmi

Prezident İlham Əliyev Tovuzdakı döyüşdən danışdı – Video

rubinroot İyul 13, 2020
ilham

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib: “Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olub. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçi həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi vurulub. Bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin.

Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb. Adekvat cavab verilib.

Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu. Bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyib. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti komandalarla, qurumlarla əlaqədəydim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib. Sərhəddə vəziyyət sabitləşməyib”.

Dövlət başçısının dünənki döyüşdən danışdığı videonu təqdim edirik:(Qafqazinfo)

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı – Foto
Next: Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.