Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Təhsil naziri Ceyhun Bayramov “Birincilərin birinciləri” ilə görüşüb
  • Rəsmi
  • Təhsil Nazirliyi

Təhsil naziri Ceyhun Bayramov “Birincilərin birinciləri” ilə görüşüb

rubinroot İyul 10, 2020
tehs

Bu gün Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərən 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülən məktəblilərlə onlayn formatda görüş keçirib.

“Rubin.az”  xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən təşkil edilən görüşdə Təhsil naziri Ceyhun Bayramov qalibləri təbrik edərək pandemiya dövründə yaşanan çətin günlərdə onların qazandıqları uğurun çox sevindirici hal olduğunu deyib.

Şagirdlərin uğurlarında yüksək fədakarlıq göstərən müəllimlərin roluna da toxunan Təhsil naziri bu yaxınlarda Azərbaycan təhsilində özünəməxsus əməyi olan Naqif Nəbiyevin vaxtsız vəfatından hər kəsin kədərləndiyini qeyd edib və bunu təhsil ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirib. Nazir Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Respublika Fizika Olimpiadasının sədri, istedadlı alim və müəllim olan Naqif Nəbiyevin bir çox məktəblinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçimi və hazırlıq prosesində əvəzsiz xidmətlərini də sadalayıb. Təhsil naziri Naqif Nəbiyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib, Allahdan ona rəhmət diləyib.

Ceyhun Bayramov çıxışının sonunda pandemiya dövründə hər kəsin təhsilin əlçatanlığı və davamlılığının təmin edilməsi istiqamətində səy göstərdiyini vurğulayıb. Nazir bütün qalibləri bir daha təbrik edərək onlara uğurlar arzulayıb və bildirib ki, ökəmizin bu cür parlaq zəkaya sahib övladlarının olması gələcəyə inamı daha da artırır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İcra başçısı onları işdən çıxartdı
Next: TİPİM-in direktoru Nəzakət Mehdiyeva imtahan suallarının bərabər sayda olmayacağını bildirib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.