Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə “Rubin.az” a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7274 koronavirus testi aparılıb.