Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “E-Təbib”dən icazə almağın qaydası açıqlandı
  • Gündəm
  • Rəsmi

“E-Təbib”dən icazə almağın qaydası açıqlandı

rubinroot İyun 25, 2020
Smartphone.

Smartphone.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib.

“Rubin.az”  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

– tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

– mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

– giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

– “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

– “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

– “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev Təhsil Nazirliyinə pul ayırdı
Next: İlham Əliyev hərbi hissənin açılışını etdi – Fotolar

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.