Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Müəllimlərin yerdəyişməsinin nəticələri məlum oldu
  • Rəsmi
  • Təhsil Nazirliyi

Müəllimlərin yerdəyişməsinin nəticələri məlum oldu

rubinroot İyun 18, 2020
12

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

“Rubin.az” xəbər verir ki, elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək.

Ötən illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd olunan sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də başa çatıb. Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: KİVDF-nin vəzifəli şəxslərinə cinayət işi açıldı
Next: Daha 338 nəfərdə koronavirus aşkarlandı – 6 pasiyent öldü

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.