Ötən dövrdə dünyada baş verən hadisələr bütün təhsil sistemininin yeni inkişaf pilləsinə addımlamasına sövq etdi. Beynəlxalq təhsil sahəsində baş verən yeniliklər ölkəmizin təhsil sahəsinə öz təsirini göstərdi. Hazırda adət etdiyimiz tədris prosesinin distant şəkildə davam etdirilməsi, ölkədə informasiya texnologiyaları və kommunikasiya sahəsinin inkişafı və müasir texnologiyaların təhsildə tətbiq edilməsi olduqca vacib amillərdəndir.
Müasir telekommunikasiya xidmətləri təminatçısı ENGİNET şirkətinin “BİRLink” brendi təhsil sahəsində çalışanlara dəstək olmaq məqsədilə yeni “Təhsil” tarifini təqdim etdi.
Yarandığı gündən etibarən ENGİNET şirkəti informasiya texnologiyalarının açdığı imkanları hər bir vətəndaş və xüsusi ilə təhsil işçiləri üçün əl çatan edərək təhsil sahəsinə öz töhfəsini verməkdədir. Bu gün də, distant təhsilin inkişafı və yeni tədris ilinə hazırlığın vacibliyini nəzərə alaraq, təhsil işçiləri üçün düşündüyümüz yeniliklər bu istiqamətdə fəaliyyətimizin uğurla davam etdirilməsinin nümunəsidir.
“Təhsil” adlı yeni tarifimiz bütün təhsil sahəsində çalışanlara əsl dəstəkdir. Tarif istifadəçiləri ödənişsiz şəkildə iki ay ərzində 30 mb/s yüksək sürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz istifadə üçün təqdim olunan avadanlıq və başqa əlavə özəlliklərlərdən yararlana biləcəklər. Tarif yalnız təhsil işçilərinə şamil olduğundan ona qoşulmaq üçün istifadəçi iş yeri haqqında elektron arayış təqdim etməlidir. Şirkət tərəfindən tarifin istifadəçilərinə əlavə olaraq ödənişsiz texniki dəstək xidməti təklif olunur. Bu dəstəyə təhsil portallarından qeydiyyat, login/şifrə ilə yaranan çətinliklərin aradan qaldırılması, müxtəlif proqram təminatlarının texniki baxışı aiddir.
Bundan başqa, “Təhsil” tarifinin istifadəçiləri şirkətin tərəfdaşlarının təqdim etdiyi özəl təkliflərdən yararlana biləcəklər. Beləliklə, tarifin istifadəçiləri GEANT beynəlxalq akademik şəbəkəyə çıxış imkanı və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə 10% endirim əldə edəcəklər. Bundan əlavə, bu tarifin istifadəçiləri Bakcell mobil operatoruna məxsus “müəllim” tarifinə qoşularaq pulsuz təqdim olunan mobil nömrə ilə tarifin istifadəçiləri arasında pulsuz ünsiyyət, ölkədaxili danışıq üçün 100 dəqiqə və 1GB mobil internet əldə edəcəklər.
ENGİNET şirkəti fəaliyyət göstərdiyi sahədə təhsil yönümlü fəaliyyəti ilə seçilir və bu addım onun təhsilə verdiyi ilk töhfəsi deyil. Xatırladaq ki, ölkə üzrə təhsil müəssisələrinin korporativ İnternet və İntranet şəbəkələrinə çıxışının təmin edilməsi məqsədilə ENGINET şirkəti Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti ilə əməkdaşlıq çərçivəsində 50-yə yaxın ümumtəhsil müəssisəni ödənişsiz şəkildə fiber optik bağlantı üzərindən təhsil şəbəkəsinə qoşulmasını təmin edib.
Təhsildə innovativ texnologiyanın tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gələcək nəslin İKT-nin mənimsənilməsi üçün şərait yaradır. Bu sahədə fəaliyyət göstərənlərə dəstək məqsədilə “Təhsil” tarifi çərçivəsində təklif olunan yüksək sürətli genişzolaqlı internet xidməti tədris prosesinin daha əlçatan olmasına və onun rahat təşkilinə imkan verəcəyinə inanırıq.(Qafqazinfo)