Bazar ertəsi, 30 Noyabr 2026 00:24:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Polislə bağlı bu görüntülər tənqid olundu – Video

08.06.2020 21:26 · 372 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə münasibətlərində bunun düzgün addım olmadığını bildirərək, polisin qərarları icra etdiyini, xidmət apardığını, insanlara da karantin qaydalarına əməl etməklə evdə qalmağa çağırış ediblər.

“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanılma zamanı sərgilədiyi davranış tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.

Polis əməkdaşlarının mənzillərə daxil olaraq, dünənki etirazda iştirakından şübhəli bilinən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq, yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.

Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri rəylərində “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib”.

Murad Əhməd

 

↑