Bazar, 22 Noyabr 2026 20:33:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15
Mədəniyyət

Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər – Fotolar

18.01.2019 21:47 · 577 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndələri və Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclər Bakı şəhərinə gəliblər.

“Rubin.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, səfər çərçivəsində onlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin və veteranlarının övladları ilə görüş olub. Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan bu səfərin önəmindən danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılanmalıdır.

Vurğulanıb ki, bu səfərin 20 Yanvar faciəsinin ildönümündə baş tutması təsadüfi deyil. Azərbaycanda olduğu kimi, Türkiyədə də yeni nəslin nümayəndələri qardaş ölkənin azadlıq tarixini bilməlidir. Çünki qanlı 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik tarixinin əsasını təşkil edir.

Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.

↑