Prezident İlham Əliyev çıxışların birində qeyd etmişdir:”Gördüyümüz işlərə verilən ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir.”Bəli,son günlər korrupsiyaya qarşı atılan addımlar da xalq tərəfindən yüksək qiymətləndirilir.İlk öncə xəbərdarlıq edildi,sanki bir şans verildi.Bu şansdan istifadə edə bilməyənlərin qapısı döyüldü.Dünən qulaqardına vurulan sözlərə görə,bu gün “qulaqları buruldu”.Hər zaman gözləyirdik.Xalq Bu cür mübarizəni dəstəkləyir,ölkə başçısının uğurlu siyasətini dəstəkləyir, davamlı olmasını istəyir.Bunları nəzərə alaraq mikrafonu gənclərə tutub,onların fikirlərini öyrəndik.
Bərdə rayon F.Muradov adına 7 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Fəxri Əliyev:Dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki,məmurların əsas vəzifəsi xalqın xidmətində olmaq, xalq üçün işləmək və dövlətin siyasətini həyata keçirməkdir.Prezidentin həyata keçirdiyi tədbirlər nəticəsində məmur özbaşınalığına, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınmasına, utancverici bir şəkildə öz ciblərini doldurmasına, xalqın, dövlətin malını, pulunu mənimsəməsinə son qoyulur.Biz də gənc olaraq bunu dəstəkləyirik.
Bərdə şəhər Mollalı Kənd tam orta məktəbin kimya-biologiya müəllimi Sənan Əliyev:İlk öncə onu qeyd edim ki,Azərbaycan dövlətinin birmənalı şəkildə bu cür “məmurlardan”, daha doğrusu, məmur adına yaraşmayan insanlardan xilas olunmasının əsl zamanıdır.Hər bir addım Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizin müasir, müstəqil, demokratik dövlətə çevrilməsinə xidmət edir. Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş prokurorunu təyin etmişdir. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Elşən Ramizoğlu