Cümə axşamı, 15 Oktyabr 2026 11:59:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Manşet

Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi

17.01.2019 22:04 · 1. 727 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.

“Rubin.az” xəbər verir ki, idarənin funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə 1 ay vaxt verilib.

Sözügedən fərmanla Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası vahid qurumda birləşdirilib.

Həmçinin Respublika Bədən Tərbiyəsi Mərkəzi və “Təhsil” Respublika İdman Mərkəzi vahid qurumda birləşdirilib.

Birləşdirmə prosesinin həlli NK-ya həvalə edilib.

↑