Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • AzNar QSC Göyçayda 1600 ailəyə yardım etdi
  • Digər

AzNar QSC Göyçayda 1600 ailəyə yardım etdi

rubinroot Aprel 11, 2020
93323722_269196207572497_6529865129180266496_n

 

Məşhur iş adamı Göyçayda 1600 ailəyə ərzaq yardımı paylayıb.

“AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov doğulduğu Göyçay rayonunda koronavirus pandemiyası ilə əlaqədar karantinə görə evdə qalan 65 yaşdan yuxarı vətəndaşlara, şəhid ailələrinə, əlillərə, tənha yaşayan yaşlılara, xəstəliyi olan şəxslərə, məcburi köçkünlərə, müharibə veteranlarına və imtiyazlı olan şəxlərə yardım bağlamaları göndərib.

Qutularla dolu avtomobillər “AzNar”dan çıxaraq, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən evlərə paylanmağa başlanılıb. Məhsulların qablaşdırılması və evlərə çatdırılması prosesi aprelin 11-də qədər davam edəcək.

Qeyd edək ki, Fərhad Əhmədov bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat maddi yardım da göndərib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Göyçay rayonunda aztəminatlı ailələrə yardımların verilməsi davam edir
Next: 190 manatı köçürülən işsizlərin adları bu saytda yerləşdirilib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.