Bazar, 29 Noyabr 2026 17:52:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Digər

Aprel döyüşlərində şəhid olan Teymur Qasımovun məzarı ziyarət olunub – Fotolar

06.04.2020 02:04 · 434 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Qasımov Teymur 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i tarixində isə o, doğulduğu Göyçayın Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Q.Teymur ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib. Şəhidin adının əbədiləşdirmək məqsədi ilə Göyçay rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə kəndin mərkəzi küçəsinə Şəhid Teymur Mikayıl oğlu Qasımovun adı verilib. Göyçay Gənclər Mərkəzində “Biz səninlə qürür duyuruq”, “Şəhidlər unudulmur” adlı xatirə guşəsi düzəldilib.
Bu gün 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev şəhid Teymur Qasımovun atası Mikayıl Qasımovla əlaqə saxlayaraq canını vətən üçün fəda edən, şəhidlik zirvəsinə yüksələn oğlunun anım günü münasibəti ilə baş sağlığı verib. Deputatın köməkçisi Anar Nağıyev şəhidin evində olaraq, ailə üzvləri ilə görüşdü. Göyçay İnformasiya Agentliyinin kollektivi, Bayraq Muzeyinin rəhbərliyi, ictimai fəallar şəhidin məzarını ziyarət edərək, önünə tər qərənfillər düzdülər.
Sonra onun 4-cü ildönümü münasibəti ilə ailə üzvləri ilə birgə Quran ayələrinə qulaq asaraq, ruhuna dualar oxuyublar. Sonda şəhid atası Mikayıl Qasımov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarına şəhid ailələrinə, Qarabağ qazilərinə olan daim diqqət və qayğı üçün təşəkkürünü bildirdi.

↑