Bazar, 29 Noyabr 2026 17:52:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Digər

Deputat Məzahir Əfəndiyev: “Apteklərdə spirt və maska yoxdur”

03.04.2020 03:37 · 873 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

1 aprel 2020 ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.
Qeyd edək ki, ilk dəfə tətbiq edilən onlayn iclasda 8 məsələyə baxılıb.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər Kabinetinin yaratdığı Operativ Qərərgahın rəsmi məlumat və tövsiyələrinə əməl etməyə çağırıb.

Deputat Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının dünyanı lərzəyə gətirən korona virusuna qarşı qəti tədbirləri, sərəncam, fərmanları və vətəndaşları evdə qalaraq özlərini, ailələrini qorumaq, xalqımızı birlik nümayiş etdirməyə dəvət etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir ana kimi sakinlərdən Operativ Qərərgahın yaydığı məlumatlara əməl etmələrini, evdə qalaraq həyat xilas etməyə çağırışını yüksək qiymətləndirib. Deputat ölkə başçısının Azərbaycan həkimini alqışlaması, onların əmək haqqının qaldırılmasını diqqətə çatdırıb.

O, xalqın dezinformasiya xarakterli məlumatlara inanmamağının, evdə qalaraq bu xəstəlikdən qorunmağın, gigiyenik qaydalara, spirt məhlulundan, qoruyucu maskalardan istifadə edərək, canlı təmasdan uzaq durmağın vacibliyini bildirib. M.Əfəndiyev bu gün bəzi apteklərdə spirt, qoruyucu maskaların çatışmamazlığını bildirərək, təcili olaraq bu ləvazimatların apteklərdə olmasının vacibliyini, bu vəziyyətdə bu ləvazimatları baha satan və ya satışına mane olan işbazlara qarşı cinayət məcəlləsinə uyğun iş aparılmasını vurğulayıb. Əlaqədar təşkilatların məsələylə əlaqədar təcili hərəkətə keçməsini təklif edib.

Regionlarda, o cümlədən kəndlərdə dizenfeksiya işlərinin zəifliyini, rayon icra hakimiyyətləri tərəfindən təcili olaraq məsuliyyətlə bu işlərə yanaşması məsələsini gündəmə gətirən deputat həyəcan təbilinin çalınmasını diqqətə çatdırıb.

65 yaşlı insanların çölə çıxmamasının vacib olduğunu yalnız onlara qarşı birazda diqqətli olsaq görərik ki, bu aylar təqaüdçülərin pensiyalarını alınması günlərinə təsadüf edildiyindən, kəndlərin bəzisində bankomatların olmamasını vurğulayan M.Əfəndiyev ərazilərdə təqaüdlərin evlərə çatdırılmasını bu dönəm üçün vacib olduğunu bildirib. Belə bir proqram keçmiş dövrlərdə olduğu üçün bu günlərdə yaşlı nəsil nümayəndələrinin evdə qalmasını və onların pensiyalarının evə çatdırılmasının bərpasının lazım olduğunu təklif edib.

Çıxışının sonunda deputat bir daha vətəndaşlardan evdə qalmağı, evdən çıxmamağı, bütün qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb.

Davud Tarverdiyev

↑