Cümə axşamı, 15 Oktyabr 2026 17:45:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Təhsil Nazirliyinin rəsmisi rəqs edən müəllimə barədə danışdı: “Burada əcaib…”

01.03.2020 21:47 · 526 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etməsi sosial şəbəkə və mediada ciddi müzakirələrə səbəb olub.

“Rubin.az” xəbər verir ki,Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında bildirib ki, sözügedən müzakirələri dəyərləndirirlər: “Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil”.

İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli isə sözügedən görüntünün ona aid olduğunu unikal.org-a təsdiqləyib. O, bildirib ki, video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib: “Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım. Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz? Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər. Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib. Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir. Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı. 20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar”.

Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: “Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”.

↑