Çərşənbə axşamı, 24 Noyabr 2026 13:11:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00
Təhsil Nazirliyi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib

01.02.2020 20:39 · 1. 084 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

“Rubin.az” xəbər verir ki,tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər.

Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıının fəaliyyətinə dair videoçarx nümayiş olunub. Bakı şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 25 yaşlı gənc Xəyalə Hüseynli çıxış edərək müəllim peşəsinin dəyərlərindən və ona qazandırdıqlarından söz açıb.

Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllim əməyinin stimullaşdırılması və məktəb tikintisi istiqamətində mühüm təşəbbüslər həyata keçirildiyini vurğulayıb. Təhsil naziri müəllim olmaq istəyənlərin sayının ilbəil artdığını xüsusi qeyd edib. Cəmiyyətdə müəllimin əvəzsiz rolundan danışan Ceyhun Bayramovun sözlərinə görə, gənc müəllimlər təşəbbüskar olmalı, öz üzərində işləməli, peşəkarlıqlarını artırmalıdırlar.

Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışını xüsusi xatırladaraq qeyd edib ki, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ümumi təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması müəllimlərin qarşısında duran ən əsas iş prinsipidir. Təhsil naziri əlavə edib ki, müəllimlər hər zaman şəxsi nümunələri ilə fərqlənməlidirlər.

Assosiasiyanın fəaliyyətini qiymətləndirən Təhsil naziri bu qurumun gənc müəllimlərin peşəkarlıq potensialının artırılması istiqamətində müəllimlərə dəstək olacağına ümidvarlığını ifadə edib.

Nazir çıxışının sonunda gənc müəllimlərin hər birini 2 fevral –Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer tədbirin əhəmiyyətini vurğulayıb, gənclərin birgə fəaliyyətinin təşkilini qiymətləndirib.

Tədbirdə AGMA loqosunun təqdimatı olub və qalib müəllif, Assosiasiyanının üzvü Aygün Abdulova mükafatlandırılıb. Mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirilib.

↑