Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik” – Nazir
  • Təhsil Nazirliyi

“Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik” – Nazir

rubinroot Dekabr 9, 2023
1702113989_17021137724478453112_1200x630

Qarabağ Universitetində təhsilə və tədrisə yenidən başlamaq imkanımız var. Birincisi, ənənələri olan Qarabağ diyarına təhsil qayıdır. İkincisi isə orada bütün istiqamətlərin yenilənməsi, “ağ kağız” üzərində başlanması, təbii ki, Azərbaycan təhsilinə böyük imkanlar açır. Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində daim işləyirik.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirilən tədbirdə çıxış edərkən söyləyib.

Qarabağ Universitetinin Xankəndi şəhərində təsis olunmasını böyük bir hadisə, təhsil tarixində bir dönüş nöqtəsi adlandıran nazir əlavə edib: “İnanıram ki, bu təşəbbüs və qərar istər azərbaycanlı gənclərə, istər alimlərə, istərsə də təhsil işçiləri üçün çox böyük imkanlar yaradır. Ən vacib imkan isə ondan ibarətdir ki, atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb. Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib, əməkdaşlıq edərək ikili proqramlar vasitəsilə gənclərimizi işğaldan azad olunmuş ərazilərə qaytarmaqdır”.

“Unikal”

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Marqarin istifadə edənlərin DİQQƏTİNƏ! – Bu orqanı məhv edir
Next: Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi və gözləntimizi itirmişik

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.