Milli Hidrometorologiya departamenti xəbərdarlıq etdi
“Rubin.az “xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Eyni zamanda şiddətli çiklon nəticəsində 16 yanvar gecə yarıdan ölkə ərazisində hava kəskin soyuyacaq.Bakı və Abşeronda ayin 17-i super şiddətli şimal küləyi əsəcək.Küləyin sürəti 33-37m/san, bəzi yerlərdə də 37-41m/ san olacaq.Şiddətli külək 18-i axşama tam zəifləyəcək. Ayın 17-i temperatur 0:+2 dərəcə olacaq, küləyə görə isə -9:-12 dərəcə hiss ediləcək.Əvvəlcə yağış yağacaq, sonra sulu qara və qara keçəcək.ÇOVĞUN OLACAQ.Yarımadanın yüksək yerləri ağaracaq.Dağ rayonlarında güclü qar, aranda güclü yağış və sulu qar yağacaq.
Bununla əlaqədar insanlardan ehtiyatlı olmaq və zərurət olmadıqda şəhərə çıxmaq tövsiyyə olunmur. Dövlət müəsisələrinə və təhsil müəsisələrinə də bu barədə məlumat göndərilmişdir