Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • 88 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd olan jurnalist Şahnəzər Bəşirov Göyçayın Qarabaqqal kəndində seçiciləri ilə görüş keçirib,problemləri dinlədi
  • Digər

88 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd olan jurnalist Şahnəzər Bəşirov Göyçayın Qarabaqqal kəndində seçiciləri ilə görüş keçirib,problemləri dinlədi

rubinroot Yanvar 23, 2020
3

88 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd olan jurnalist Şahnəzər Bəşirov yanvarın 22-də Göyçay rayonu Qarabaqqal kəndində seçiciləri ilə görüş keçirib. Rubin.az xəbər verir ki, vətəndaşlar görüş zamanı Şahnəzər Bəşirova kəndin yollarının bərbad vəziyyətdə olması, içməli su problemi və bulaqların susuz qalması, Göyçay şəhər kommunal təsərrüfat idarəsinin zibil poliqonunun Qarabaqqal kəndindəki örüş yerinə yaxın ərazidə yerləşməsi səbəbindən mal-qara arasında zəhərlənmə hallarının baş verməsi, yağış zamanı tullantıların yuyulması nəticəsində kəndin suvarma arxlarına çirkli, zəhərli suların tökülməsi ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə və başqa qurumlara müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyi barədə məlumat veriblər. Görüşlər zamanı kənddəki problemlərdən danışan sakinlər seçki günü fəal olacaqlarını və onlara dəstək olan namizədə səs verəcəklərini deyiblər. Şahnəzər Bəşirov təbliğat-təşviqat kampaniyası çərçivəsində sabah daha iki kənddə vətəndaşlarla görüş keçirəcək. O, bu günədək rayonun 16 kəndində seçki məntəqələrinin qarşısındakı lövhələrə plakatların asıldığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib. Namizəd kəndlərdə seçicilərlə fərdi qaydada söhbət etdiyini, qarşıdakı günlərdə seçicilərlə kütləvi görüşlərin keçirilməsi barədə elan verdiyini bildirib. Şahnəzər Bəşirov sonda saytımızın oxucularına müraciət edib. “Əziz Göyçaylı seçicilər! Sizin də kəndinizdə hansısa problemlər varsa bizə bildirin, mən seçicilərlə görüş keçirmək və sizi dinləmək üçün kəndinizə gələcəm. (TEL: 0504519030: 0557167870, vatsapla və facebookda mesaj yaza bilərsiz)”.

Davud Tarverdiyev

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Deputatlığa namizəd Fatma Yıldırım seçicilərilə təbliğat görüşlərini davam etdirir
Next: Təhsil naziri istedadlı gənclərə müraciət edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.