Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • YAP Bərdə rayon təşkilatı Gənclər birliyi şəhər 6 saylı tam orta məktəblə birgə Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib
  • Manşet

YAP Bərdə rayon təşkilatı Gənclər birliyi şəhər 6 saylı tam orta məktəblə birgə Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

rubinroot Dekabr 11, 2019
79171061_554171862035351_5664549963451858944_o

YAP Bərdə rayon təşkilatı Gənclər birliyi tərəfindən Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
YAP Bərdə rayon təşkilatı Gənclər birliyi şəhər 6 saylı tam orta məktəblə birgə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirmişdir.
“Rubin.az” xəbər verir ki,öncə Ümummili lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin sədri Elşən Məmmədov, şəhər 6 saylı məktəbin direktoru Elşad Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, müdrik rəhbərin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşdirilməsindəki xidmətlərindən danışmışlar. Vurğulanmışdır ki, güclü, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin qüdrəti daha da artmış, onun dünya dövlətləri sırasında mövqeyi daha da güclənmişdir. Tədbirin sonunda məktəblilər kompozisiya ilə çıxış etmişlər.
Tədbirdən sonra məktəbin tarix müəllimi Günay Əzimzadə tərəfindən 6b sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş nümunəvi dərs keçilmişdir.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Göyçaylı tanınmış rəssam Nihad Əliyev ilə müsahibə – FOTO
Next: Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi – Video + Fotolar

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.