Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Kərəm oğlu Muxtarovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
“Rubin.az” xəbər verir ki, digər sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Rüstəm Xəlilov Milli Məclisin deputatıdır.