Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Administrasiyaya yeni şöbə müdirləri təyin edildi – Sərəncam
  • Manşet
  • Rəsmi

Administrasiyaya yeni şöbə müdirləri təyin edildi – Sərəncam

rubinroot Noyabr 29, 2019
12

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Administrasıyadan “Rubin.az”-a daxil olan məlumata görə, Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycan Prezidentinin yeni köməkçiləri və Azərbaycan Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

 

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.

Prezident Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncamını təqdim edirik:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni direktoru ilə görüşdü
Next: Prezidentdən Əli Həsənovla bağlı sərəncam

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.