Çərşənbə, 25 Noyabr 2026 07:47:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Gündəm

Parlament niyə buraxılmalı idi? – Əsas səbəblər

28.11.2019 20:43 · 539 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bir qədər əvvəl Milli Məclisin buraxılması ilə bağlı “Qafqazinfo”nun dərc etdiyi xəbər ölkə gündəmində sensasiya ilə qarşılandı. Artıq ölkənin bütün siyasi-ictimai elitası yalnız parlamentin buraxılması ilə bağlı xəbərə köklənərək mövzunu müzakirə edir. Sosial şəbəkələrdə qanunverici orqanın vaxtından əvvəl buraxılması ilə bağlı yüzlərlə rəylər, reaksiyalar yayılmaqdadır. Yaxın bir neçə saat ərzində hakim Yeni Azərbaycan Partiyası tərəfindən ictimaiyyətə açıqlanacaq qərarla bağlı prosedurun hansı gün və necə keçiriləcəyi yox, hansı səbəbdən belə bir gözlənilməz qərarın verildiyi maraq doğurur.

İlkin xəbərdə qeyd etdiyimiz kimi, sabah bununla bağlı Milli Məclis çoxluğu dövlət başçısına müraciət edəcək.

“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, parlamentin buraxılmasını şərtləndirən əsas səbəbləri təqdim edir:

Əslində, sensasiya effekti yaratsa da, parlamentin buraxılacağı gözlənilən idi. YAP-ın Siyasi Şurasının bugünkü iclasında qərar məhz bu şəkildə əsaslandırılıb ki, mövcud Milli Məclis ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlarla ayaqlaşa bilmir, son aylar həyata keçirilən siyasətə adekvat deyil.

Bu, bir cümləlik əsas arqument kimi görünən reallığı bir qədər əsaslandırmağa, oxucularımız üçün geniş şərh etməyə ehtiyac var.

Bir müddətdir ki, ölkə mediasında, sosial şəbəkələrdə Milli Məclisin fəaliyyəti kəskin tənqid olunurdu. Əsas hakimiyyət qollarından biri olan qanunverici orqanın ləngliyi, ölkədə həyata keçirilən, xüsusilə də son dövrlər vüsət almış dinamik islahat siyasətinin tərkib hissəsinə çevrilə bilməməsi, bir çox deputatın xalqda ciddi ikrah oyadan açıqlamaları, bəzilərinin həddən artıq yaşlanması və bu səbəbdən iclaslara qatılmaması, Milli Məclisin gəncləşməsi ilə bağlı çoxdan səsləndirilən təkliflər, deputat-seçici ünsiyyətində yeni metodlardan istifadə qaydaları, bir sözlə yeni dövrün tələbinə uyğun olan yeni yanaşma ilə işləyəcək bir qurumun formalaşdırılmasının zəruriliyi əsas amil kimi ortaya qoyula bilər.

Gəlin yuxarıda qeyd etdiyimiz faktlarla bağlı misallara istinad edək. 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən üzü bəri az qala hər il keçirdiyi iclaslarda, müxtəlif görüşlərdə yüksək vəzifə tutan məmurların, xalqın etimad etdiyi şəxslərin özlərinin və övladlarının nümunəvi davranışlar sərgiləməyə məcbur olduqlarını dəfələrlə qeyd edir. O, “Mən xalqın xidmətçisiyəm” tezisini isə son vaxtlar demək olar ki, əksər görüşlərində təkrar-təkrar səsləndirir.

Prezident tərəfindən belə bir mesajların verildiyi dövrdə isə deputat Astan Şahverdiyev “Rusiyada işləyən azərbaycanlılar “otxod”dur” deyir (Artıq o dünyasını dəyişib), Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik eləməyi təklif edir, Aqil Abbas dolana bilməyənləri soğan əkməyə dəvət edir, İqbal Məmmədov ona məxsus istirahət mərkəzini yoxlamağa gələn vergi işçilərini döyür, Rafael Cəbrayılov mandatını girov qoyub borc götürür, Araz Əlizadə sosial şəbəkə istifadəçilərini “avara” adlandırır, Rasim Musabəyov yeraltı keçiddə “popkorn” satan azyaşlının oradan uzaqlaşdırılmasını tələb edir. Bir çoxları isə övladlarının harın, özbaşına hərəkətləri ilə dəfələrlə gündəm olub. Prezidentin həyata keçirdiyi siyasətə adekvat olmayan Milli Məclis dedikdə, əsas diqqətəgələn məqamlardan biri elə sadaladığımız faktdır. Bu faktların sayını artırmaq da olar…

Daha sonra qeyd olunacaq məqamlardan biri və ən vacibi passiv, fəaliyyətsiz qanunverici orqanın hazırkı yürüdülən siyasətlə ayaqlaşa bilməməsidir. Artıq bir neçə aydır ki, ölkədə gəncləşmə siyasətinin həyata keçirildiyini, savadlı, bacarıqlı, yeni yanaşması ilə fərqlənən gənclərə etimad göstərildiyini nəzərə alsaq bu müstəvidə Milli Məclisin kölgədə qaldığı açıq-aşkar görünürdü.

Hazırkı tərkibinin onlarla yaşlı, eyni zamanda müasir kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən, hətta online mediadan istifadə bacarığı olmayan şəxslərdən ibarət olması parlamenti geri qoyan əsas səbəblərdən biri kimi qeyd olunmalıdır.

Bu arada artıq Azərbaycanda yeni bir institut kimi formalaşan Vitse-Prezidentlik institutunun özünü doğrultduğunu qeyd etmək lazımdır. Təsadüfü deyil ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın fəaliyyəti dövlət idarəetməsində böyük canlanma əmələ gətirib. Xüsusilə, sosial sahəni əhatə edən bu siyasət böyük nəticələr verib. Demək olar ki, Mehriban Əliyevanın fəaliyyəti nəticəsində qaçqın və məcburi köçkünlərə yanaşma dəyişib, onların ağır vəziyyətdə yaşadıqları yataqxanalardan köçürülərək müasir mənzillərlə təmin olunması dövlətin prioritet proqramlarından birinə çevrilib. Bu siyasətin həyata keçirilməsində göstərilən nümunəvi davranışlar, məcburi köçkünlərlə görüşlərdəki diqqət və sadəlik vurğulanmalı və digər sahələrdə vəzifə tutan şəxslər tərəfindən də davam etdirilməlidir.

Əgər prezident İlham Əliyev yeni vəzifəyə təyin etdiyi, hazırda vəzifəsini icra edən məmurları təkbətək qəbul edərək saatlarla onlardan hesabat alır, tövsiyələrini verir, həyata keçiriləcək layihələrin ən xırda detalına qədər maraqlanırsa və birinci tapşırıq kimi insanlara layiqli xidməti önə çəkirsə, dövlətdəki digər hakimiyyət qolları da buna uyğun davranmalıdır. Məhz sadalanan siyasətin ölkənin qanunverici orqanında da davam etməsi üçün yeni Milli Məclisə ehtiyac tarixi zərurət idi.

 

↑