Bazar, 29 Noyabr 2026 17:11:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Digər

Göyçayda “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi çərçivəsində gənclər üçün festival keçirilib – FOTO

23.11.2019 20:31 · 430 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Davud Tarverdiyev, Göyçay – 2019

“Göyçay İnkişaf Mərkəzi” GİB-i Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsi çərçivəsində müsabiqədən keçmiş gənclərlə birgə festival keçirib. Festivalda İsmayıllı, Göyçay, Qəbələ rayonlarından seçilmiş yaradıcı və istedadlı gənclər iştirak edib. Tədbirdə seçilmiş gənclərlə yanaşı regionun ziyalıları, ədəbiyyatşunasları və poeziya sevərləri iştirak ediblər.

Festivalın açılışında birliyin sədri Əzizağa Atakişiyev iştirakçıları, gəncləri və münsif qismində çıxış edən ziyalıları salamlarayaraq layihə haqqında ətraflı məlumat vermişdir. Onlara festivala qatıldıqlarına görə təşəkkürünü bildirmişdir. O, böyük Azərbaycan şairi və mütəfəkkiri olan Nəsiminin, anadilli Azərbaycan poeziyasının banilərindən biri olduğunu qeyd etmiş və festivalın məqsədi haqqında gənclərə məlumat vermişdir. Bununla da festivalı açıq elan etmişdir.

Daha sonra fetivalın fasilitatoru Coşqun İsmayılov hər bir rayon üzrə iştirakçıları təqdim etmiş və onların performaslarının tamaşaçılara göstərilməsi üçün ardıcıllıqla səhnəyə dəvət etmişdir. İştirakçı gənclər həm qrup şəklində, həm də fərdi şəkildə çıxış etmiş və hazırladıqları səhnəcik, ifa, əl işləri və rəsm nümunələrini nümayiş etdirmişlər.

Tədbirdə rayonun ziyalıları münsiflər qismində iştirak edərək gənclərə uğurlar arzu etmiş və göstərdikləri performanslara görə öz təşəkkürlərini bildirmiş və onlara gələcəkdə uğurlar arzulayıblar. Festivalın sonunda gənclərin hazırladıqları ifalar və yaradıcı işlər münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, onlara hədiyyələr və serifikatlar təqdim edilmişdir.

Sonda xatirə şəkli çəkilib.

Rubin.az

↑