Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbdə “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirilib.
“Rubin.az” xəbər verir ki,tədbiri giriş sözü ilə məktəbin direktoru Elşad Məmmədov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.
Sonra Bərdə rayon Təhsil Şöbəsinin metodkabinetin müdiri Xuraman Qurbanova söz verilib, qeyd edib ki, Bayraq bizim milli ideyamızın, milli ideologiyamızın anlayışıdır, bizim qürur mənbəyimizdir. Düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını, əzəmətini və gücünü dünyaya təsdiqlədi. Dövlətimizin suverenliyinin rəmzi olan üç rəngli bayrağımız məktəblilərimiz arasında da geniş təbliğ olunur.
Sonra Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi çıxış edərək gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bayrağımızın əvəzolunmaz rolundan, vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məhz üçrəngli bayrağımızı öpərək önündə and içmələrindən söz açıb.
Sonra məktəbin 8b sinif şagirdləri bayraq mövzusuna həsr olunmuş şeirlər ,mahnılar söylənilib,rəqs ediblər.