Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
“Rubin.az” xəbər verir ki, dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllindən, nəzərdə tutulan işlərdən danışıb.
Prezident “Qobu Park-2” yaşayış kompleksinin açılışını xatırladıb. Qeyd edib ki, həmin açılışda sahibkarlara çağırış edərək onlara bu işlərə qoşulmağı tövsiyə edib:
“Sahibkarlar da mənim bu çağırışıma cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürüb, bu günə kimi 100-dən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilib”.
Prezidentin Rövşən Rzayevi qəbul etdiyi görüşün videosunu təqdim edirik: