Çərşənbə, 25 Noyabr 2026 06:37:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

Prezident İlham Əliyev Putinlə görüşdü – Fotolar

03.10.2019 22:44 · 478 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Dövlət başçıları ikitərəfli ticarət-iqtisadi əlaqələrində müsbət dinamikanın müşahidə olunduğunu bildiriblər.

“Şəxsi təmaslarımızda fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ticarət və iqtisadi əlaqələr güclənir. Belə ki, keçən il ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, ölkələrin bu istiqamətdə yaxşı perspektivləri var:

“Mən Azərbaycan Prezidentinin müəllifi olduğu planları nəzərdə tuturam. Öz tərəfimizdən bu xüsusi layihələri həyata keçirmək üçün əlimizdən gələni edirik. Digər sahələrdə əlaqələrin necə inkişaf etdiyinə dair fikir mübadiləsi etməliyik. Ümid edirəm ki, bu gün buna müvəffəq olacağıq və maraqlı bir ümumi müzakirədə iştirak edəcəksiniz”.

Öz növbəsində, İlham Əliyev görüşün təşkilinə görə Rusiya liderinə təşəkkür edib.

“Qeyd etdiyiniz kimi, bir müddət, daha doğrusu, dörd ay görüşmədik. Keçən ilki təmaslarımızın intensivliyini nəzərə alsaq bu, çox uzun bir müddətdir” deyə bildirən İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq adlandırıb.

Azərbaycan Prezidenti iqtisadiyyatdakı müsbət dinamikaya da diqqət çəkib:

“Ticarət həm keçən il, həm də bu il böyüyür. Əldə etdiyimiz məlumatlara görə, avqust ayına qədər artım 20% -dən çox idi.

Bizim üçün Rusiya vacib tərəfdaş, dost, yaxşı qonşudur. Bu münasibətləri qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı töhfə olacaq”.




↑