Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Leyla Əliyeva Bakı bulvarında sərgidə – Fotolar
  • Elm
  • Manşet

Leyla Əliyeva Bakı bulvarında sərgidə – Fotolar

rubinroot Sentyabr 12, 2019
Leyla Əliyeva Bakı bulvarında sərgidə – Fotolar

Sentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır.

Açılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgi 9 sentyabrdan- 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.




About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İqtidarla müxalifət birgə bəyanat yaydı – Mətn
Next: YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şer müsabiqəsinin yekun seçim turu keçirilmişdir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.