Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Rubin.az” xəbər verir ki, sərəncamda deyilir:
“Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin”.
Qeyd edək ki, AzTV-nin keçmiş sədri Arif Alışanov dövlət başçısının sərəncamı ilə hələ bu ilin yanvar ayında işdən azad edilmişdi. 9 aydır ki, onun səlahiyyətlərini 1979-cu il təvəllüdlü jurnalist-aparıcı, bu gün vəzifəsi rəsmi təsdiq olunan Rövşən Məmmədov icra edirdi.