Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Rəssam Nihad Əliyevin sözlərinə görə,
onun hərtərəfli inkişaf etməsi həyatında böyük rol oynayır və biri-birindən gözəl, biri-birindən maraqlı rəsm əsərləri çəkməsi ilə onu karyera yüksəlişinə doğru ucaldır. O, qeyd edib ki:
“Mən Nihad Əliyev artıq qeyri-adi yaradıcılığımla tanınmış rəssamam. Rəssamlıq üzrə heç bir təhsilim yoxdur və heç bir sənətkar yanında onu öyrənməmişəm, özüm öz üzərimdə çalışaraq özümü inkişaf etdirmişəm və bir sənətkar kimi qarşıma qoyduğum məqsəd – üzərimdə çalışaraq, yaradıcılığımın sədasını dünyanın hər tərəfinə yaymaqla, gələcəkdə dünya-şöhrətli rəssam adına layiq görülməkdir. Mən N.Əliyev özüm ali təhsilliyəm, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm, ixtisasım Dünya İqtisadiyyatında İnformasiya Texnologiyalarıdır. Universitetə 2003-cü ildə qəbul olmuşam, 2007-ci ildə isə müvəffəqiyyətlə bitirmişəm. İqtisadiyyat və informasiya texnologiyaları üzrə elmi biliyə malikəm. Bundan başqa dil biliyinə də sahib olmuşam, bildiyim dillər: Azərbaycan, rus, türk, ingilis, fransız, alman və isveç dilləridir. Cəmi 7 dildə danışıram. Dil bilmək, hər bir şəxs üçün gözəl nəticə əldə etmək olduğu üçün, məndə maraq oyatdı ki, poliqlot olum. İqtisadiyyat üzrə ali təhsil və dil bilgiləri əldə etmək, mənim dünya görüşümü daha da genişləndirdi. Əlavə maraqlarım və bacarıqlarım: musiqi, idman (şahmat, atletika, döyüş növü), məqalə yazmaq, maraqlı məlumatlar əldə etmək. Bir sözlə, olduqca çox şadam ki, özümü hərtərəfli inkişaf etdirmişəm. Baxmayaraq ki, ali təhsilim iqtisadiyyat üzrədir, 7 dil bilgisinə malikəm və qeyd etdiyim kimi, həmçinin digər üstünlüklər əldə etmişəm, onu da qeyd etmək istəyirəm ki, həyatımı rəssamlığa bağlamışam.
Rəssamlıqda daha çox portretlər, kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi olduqca çox xoşlayıram. Tarixi şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi üstün tutmağımın məqsədi budur ki, bu günkü və gələcək nəsil həmin tarixi şəxsiyyətləri, onların həyatı və yaradıcılığı haqqında bilməlidirlər və tarixi faktlar haqqında məlumata malik olmalıdırlar. Allahıma sonsuz şükürlər olsun ki, mən özümü hərtərəfli inkişaf etdirmiş rəssamam.” N.Əliyev sözlərində bildirib ki, rəssamlıq sənəti ilə Azərbaycanı digər ölkələrdə təmsil etmək onun ən böyük arzularından biridir. Eyni zamanda rəssama xarici ölkələrdə keçirilən sərgi və müsabiqələrdə iştirak etmək üçün dəvətlər gəlir, amma təəsüflər olsun ki, ona heç bir maddi dəstəyin olmaması baxımından həmin sərgilərdə və müsabiqələrdə iştirak etməsi mümkünsüz olur.
“Bir azərbaycanlı kimi, mən olduqca çox istəyirəm ki, mənə maddi dəstək verilsin və xarici ölkələrdə keçirilən sərgi, eləcədə müsabiqələrdə iştirak edim, Azərbaycanımızı təmsil edim,
həmin sərgidə və ya müsabiqədə əldə etdiyim uğurlarımla bütün dünyada qürur duyum.”
Xatırladaq ki, rəssamın Əhmədiyyə Cəbrayılov. “Şarl de Qoldan məktub”, Xəlil Rza Ulutürk. “Mən Azadlığın Səsiyəm” və s. adlı çəkdiyi rəsm əsərləri olub.