Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mehriban Əliyeva Vladimir Putinə minnətdarlıq məktubu göndərib
  • Manşet
  • Rəsmi

Mehriban Əliyeva Vladimir Putinə minnətdarlıq məktubu göndərib

rubinroot Avqust 16, 2019
15351884072574060935_1000x669

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb.

“Rubin.az”  xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Vladimir Putinə təşəkkürünü bildirib.

Məktubda deyilir: “Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.

Mehriban Əliyeva, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Əmək pensiyalarının minimum məbləği artdı – Prezidentdən sərəncam
Next: Ərdoğan Demetə zəng edib “çox sağ ol” dedi – Bu paylaşıma görə

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.