Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Heydər Əliyev Fondu 70 minədək ailəni sevindirdi – Fotolar
  • Manşet

Heydər Əliyev Fondu 70 minədək ailəni sevindirdi – Fotolar

rubinroot Avqust 14, 2019
h0

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.

“Rubin.az”  xəbər verir ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.

Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.

Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və 3 gün ərzində paylanılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.








About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda arvad həbsdəki ərinə kotletin içində heroin keçirmək istədi – Foto
Next: Şagirdlərin elektron yerdəyişməsi başlayır

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.