Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL üzərində qələbə qazanıb.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam klubunun Kiprdə 2:1 hesablı qazandığı qələbə Azərbaycan futbolu tarixinə düşüb.
Belə ki, bu, Azərbaycan klublarının avrokuboklarda qazandığı 100-cü qələbə olub.
Qeyd edək ki, komandaların cavab matçı avqustun 13-də keçiriləcək.