Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklərin yaradılması rəğbətlə qarşılanıb – VİDEOREPORTAJ
  • Gündəm
  • Manşet

Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklərin yaradılması rəğbətlə qarşılanıb – VİDEOREPORTAJ

rubinroot Avqust 2, 2019
download (1)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılması sakinlər arasında rəğbətlə qarşılanıb.

“Rubin.az” xəbər verir ki,Report”un çəkiliş qrupu Səbail rayonu, Salyan yolu, 32 ünvanında yerləşən “Şıx” çimərlik ərazisində 6 ha sahədə yaradılan ictimai çimərlikdə olub.

Burada istirahət edən sakinlər çimərlikdə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Onlar çimərliyin ərazisinin abadlaşdırıldığı və lazım olan bütün zəruri işlərin həyata keçirildiyi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, ictimai çimərliklər paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının IDEA İctimai Birliyinə etdikləri müraciətləri əsasında onların arzu və istəkləri nəzərə alınaraq yaradılıb.

Bununla yanaşı, Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə verilib. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə ictimai çimərliklər yaradılıb. Bu çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezidentdən Əbülfəs Qarayevlə bağlı – Sərəncam
Next: Bu çimərliklər çirklidir – Nəticələr açıqlandı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.