Çərşənbə, 25 Noyabr 2026 05:24:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

Leyla Əliyeva hospitalda uşaqlarla görüşüb – Fotolar

28.07.2019 00:52 · 440 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 27-də paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında Fondun dəstəyi ilə müalicə olunan uşaqlarla görüşüb.

“Rubin.az” xəbər verir ki, Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar əsasən serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub. Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.

Burada müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim edildi.

Gələcəyimiz olan uşaqların sağlamlığının təmini Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən birini təşkil edir. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr əhəmiyyəti ilə seçilir və davamlı xarakter alıb.







↑