Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüb.
“Rubin.az” xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə Milli Məclisin sədri Oktay Əsədovun da olduğu nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.
Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.
Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.