Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.
“Rubin.az” AzərTac-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən “Xanə” kafesinin qarşısında baş verib.
1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.