Çərşənbə, 25 Noyabr 2026 00:53:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdi

04.06.2019 22:55 · 964 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İyunun 4-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının konfrans zalında YAP Bərdə rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

“Rubin.az” xəbər veri ki,YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək,xatirəsini ehtiramla yad ediblər.
Şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri konfrans iştirakçılarını salamladılar. Sonra Dövlət Himni səsləndirildi.
Konfransı Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışdı. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir.
Konfransda YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 11 min 257 nəfər üzvündən 3455-i gənclərdir.
Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Tamam Hüsüzadə, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etdilər.
Sonra YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin 17 nəfər Şura üzvü, 9 nəfər İdarə Heyəti seçilib. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov seçildi. Fuad Ağayev və Nərgiz Quliyeva YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri seçildilər.
Konfransda YAP Bərdə rayon təşkilatı üzvlərindən YAP Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilmişdir.
Konfransda qərar layihəsi qəbul edildi.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili İlham Məmmədov konfransda çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin dövlət müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərindən, dövlətimizin gələcəyinin daha parlaq olacağından danışmışlar. Həmin çıxışlarda Bərdə rayon gənclərinin rayonun ictimai-siyasi həyatındakı fəallıqları təqdir olunaraq önə çəkilmişdir.
Konfransda YAP- na yeni qəbul olunmuş gənclərdən bir qrupuna YAP üzvlük vəsdiqələri təqdim olunmuşdur.
Yekunda Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

↑