Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Heydər Əliyev Fondu Xaçmazda iftar süfrəsi təşkil edib – Fotolar
  • Manşet

Heydər Əliyev Fondu Xaçmazda iftar süfrəsi təşkil edib – Fotolar

rubinroot İyun 3, 2019
iftares4

Müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən növbəti iftar süfrəsi iyunun 1-də Xaçmaz şəhərində təşkil olunub.

“Rubin.az” xəbər verir ki, din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdikləri iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.

Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.



About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Şamaxıda ağır yol qəzası – İki qardaş öldü +Fotolar
Next: Yarıçılpaq meydana atılan modelin İnstaqram hesabı bloklandı – Fotolar+Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.