Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətəndaşlarla növbəti səyyari qəbul keçirdi. Qəbul Yevlax rayonu Kolanı kənd sakinləri ilə keçirilmişdir. Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov , Hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər
“Rubin.az” xəbər verir ki,qəbulda kənd sakinləri rayonda və eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz, təbii qazla və asvalt yol infrastrukturu ilə təmin olunmasından böyük razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Vətəndaşlar onları narahat edən bəzi məsəslələrlə də əlaqədar müraciət etdilər. Kolanı kəndində şagir sayına uyğun olaraq ibtidai məktəbinin olması, kəndin kanalizasiya sistemi ilə təminatı kimi iri layihələrlə yanaşı kənd sakinlərinin fərdi qaydada ehtiyac duyduğu məslələr adiyyəti təşkilatlarlar tərəfindən nəzarətə götürüldü. İcra başçısı tərəfindən aidiyyəti qrumlara bu istiqamətdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verildi. Müraciətlərin əksəriyyəti yerindəcə həll olundu.
Sonda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Kolanı kəndi bir çox infrastrukurlarla xüsusən kənd arası asvalt yolla belə təmin olunub, rayonumuzda ümumilkdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, əsaslı təmir olunur . Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara göstərdiyi yüksək qayğı və diqqətinin təzahürüdür.