Çərşənbə, 25 Noyabr 2026 18:13:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00
Gündəm

28 may Respublika günü ilə əlaqədar Göyçayda yürüş keçirilib

28.05.2019 12:48 · 580 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Ümumrayon təbdirində iştirak edən rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 28 may – Respublika günü münasibətilə xalqımızı və rayon ictimaiyyətini təbrik edərək bildirib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək qeyd etdi ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov və kollecin tarix müəllimi Samirə İsmayılova çıxışlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış və bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdiyini bildirdilər.
Rayon gəncləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısından Heydər Əliyev prospekti ilə Ulu Öndərin abidəsinədək bayram yürüşü keçirdilər.

Sonda Göyçay rayon Mədəniyyət şöbəsi tərəfindən hazırlanmış konsert proqramı ilə tədbir davam edib.

 

Davud Tarverdiyev – Göyçay.

↑