Bazar, 29 Noyabr 2026 16:09:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Gündəm

Göyçayda Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

26.05.2019 16:38 · 1. 062 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq bütün bölgələrdə olduğu kimi Göyçay rayonunda da silsilə tədbirlər keçirilir.

Belə ki, Əli Kərim adına Göyçay şəhər parkında Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünyası” adlı ədəbi bədii gecə təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri Anar Rzayev, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü respublikanın əməkdar müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhərinin mərkəzində yerləşən Rəsul Rzanın ev muzeyini ziyarət etmişlər. Nəsimiyə çoxlu məqalələr, şeirlər həsr edənlərin arasında Göyçaylı xalq şairi Rəsul Rza da mühüm yer tutur. Ev-muzeyi ilə tanışlıqdan sonra Əli Kərim adına Göyçay şəhər parkında rayon Mərkəzi Kitabxanasının Nəsiminin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.
Rayon rəhbərliyi və qonaqlar parkda dəfn olunmuş şairlərin məzarlarını və şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Əli Kərim adına parkda “Əbədiyaşar Ədiblər” Kompleksinin qarşısında davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.
Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirildiyini və Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edildiyini qeyd etdi.
Tədbirin aparıcısı tanınmış jurnalist Səyyarə Səyyaf qonaqlara çıxış üçün söz verdi.
Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri Anar, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, akademik, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü respublikanın əməkdar müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı çıxış edərək bildirdilər ki, “Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi İli” elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Tədbirin bədii hissəsində Nəsimidən qəzəllər səsləndi, televiziya muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli, xanəndə Elgiz Əliyevin ifasında Nəsimi qəzəllərindən ibarət muğam və təsniflər ifa olundu.
Rayon mədəniyyət evinin aktyorlarının Nəsimi ilə bağlı səhnəcikləri nümayiş olundu.
Sonda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Akademik, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid tanınmış jurnalist, Səyyarə Səyyaf xatirə döş nişanı ilə təltif olundular.

 

Davud Tarverdiyev 

 

 

↑