Cümə axşamı, 15 Oktyabr 2026 09:46:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Hadisə

Bərdə Rayon Doğum Evinin baş həkimi: “Körpə ana bətnində ölüb” – VİDEO

10.01.2019 20:27 · 768 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bərdə Rayon Doğum Evinin baş həkimi doğuş zamanı körpə ölümü ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Rubin.az xəbər verir ki,Bərdə Rayon Doğum Evinin baş həkimi Tünzalə Quliyevanın “Report”-a verdiyi məlumata görə, Tərtər rayon sakini, 26 yaşlı Məhərrəmli Aysel Elçin qızı hamiləliyin patalogiyasi ilə doğum evinə gətirilib: “Əməliyyatdan əvvəl hamilə qadın Aysel Məhərrəmli ultrasəs müayinəsindən keçirilib və körpənin ana bətnində ölü olduğu müəyyən edilib. Ananın vəziyyəti ağır və körpənin çəkisi böyük olduğundan qadın əməliyyat edilərək ölü uşaq ana bətnindən götürülüb”.

Baş həkim əlavə edib ki, A.Məhərrəmli Doğum Evinin Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

https://youtu.be/6FkSQvsjSME

↑