Bazar, 29 Noyabr 2026 16:12:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Digər

Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü – FOTO

19.05.2019 12:21 · 971 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Azərbaycan tarixən yazıçı və şairləri ilə dünyada tanınıb.

Rubin.Az xəbər verir ki, belə şairlərdən biri də xalq şairi Rəsul Rzadır. R.Rza, 1910-cu il mayın 19-da Göyçay şəhərində maarifpərvər ailədə dünyaya gəlmişdir. Bu gün şairin anadan olmasının 109-cu ildönümüdür. Bu münasibət ilə onun ev muzeyi Göyçay Gənclər Mərkəzinin kollektivi tərəfindən ziyarət edilib. Muzeyin direktoru Həsənova Solmaz bildirib ki, digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir. Bundan əlavə 2017-ci ildə R.Rzanın ev muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu ekspozisiya planına əsasən muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb. Muzeyin bələdçisi Gülnar Ağayeva isə qeyd edib ki, muzeydə 449 eksponat nümayiş olunur.
1-ci zalda muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar,diplomlar, R.Rza haqqında ümumi məlumat vardır. Bundan başqa R.Rza poeziyasında Azərbaycançılıq məfkurəsi haqqında ulu öndərin söylədiyi fikirlər və sitatlar nümayiş olunur. Bu zalda Sosialist Əməyi Qəhrəmanı R.Rzanın aldığı mükafatlar,fəxri adlar,fotostendlər və sair nümayiş olunur.
2-ci zalda şairin uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rza valideynləri ilə, ədibin gənclik illəri, R.Rza ailəsi ilə,R.Rza və qohumları, R.Rzaya aid şəxsi əşyalar,Nigar Rəfibəyliyə aid foto stend, R.Rzanın müasirləri ilə foto stendi, şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino nümayiş olunur. 3-cü zal isə şairin yaradıcılıq otağıdır. Otaqda şairin şəxsi əşyaları, ov tüfəngi və bunlarla yanaşı,anası Məryəm xanıma aid olan məişət əşyaları, fotostendlər,kitablar və s.nümayiş olunur. Sonuncu yəni, 4-cü zalda isə R.Rza və N.Rəfibəyliyə məxsus məişət əşyaları,suvenirlər, lampalar,çay dəsti,gül qabları, stolüstü saat, tüfəng, trümo, R.Rzanın ailəsi ilə olan foto şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır. Ümumilikdə sözügedən bu muzeyin ekspozisiya zalllarında 449 eksponat nümayiş olunur.

Xatırladaq ki, xalq şairi Rəsul Rzanın 100-illik yubleyinin qeyd olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ildə sərəncam imzalamışdır.

Davud Tarverdiyev – Göyçay

 

↑