Çərşənbə, 21 Oktyabr 2026 05:24:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00
Hadisə

Bakıda tükürpədən hadisə – Kişi ögey qızını illərlə zorlayıb

27.04.2019 23:01 · 664 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini tapılıb.

“Rubin.az” xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Yeniyetmənin itkin düşməsi barədə xəbər aprelin 25-də sosial şəbəkələrdə yayılmışdı.

Yeniyetmə qız (etik məsələlərə görə, adı açıqlanmır) evi tərk edib və bir həftəyə yaxın ondan xəbər-ətər olmayıb. Aprelin 25-də əməliyyatçılar uşağı taparaq, onunla bağlı acı həqiqətləri öyrənib.

Məlum olub ki, qız 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalıb. Qız daha bu rəzalətə dözə bilmədiyindən evi tərk etmək qərarına gəlib.

12-ci polis bölməsinin əməkdaşları həmin şəxsi saxlayaraq ona qarşı Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə cinayət işi açıb.

Qanuna əsasən, bu cinayəti törətmiş şəxsin təqsiri sübuta yetirildikdə, ona 8 ildən 15 ilə qədər həbs cəzası verilir.

Yeniyetmə anasından və qohumlarından gizlənib, belə ki, onu sistematik şəkildə zorlayan şəxslə bir evdə qala bilməyib. Qeyd edək ki, saxlanılan şəxs tikinti sahəsində çalışıb.

“Baş verən hadisədə ilk növbədə ananın günahı var. O öz uşaqlarının təhlükəsizliyi üçün lazımi tədbirlər görməyib. Onun baş verənlərdən xəbərsiz olduğuna əmin deyilik”, – deyə polisdən bildiriblər.

Hazırda fakt üzrə araşdırma aparılır. Uşağa psixoloji yardım göstəriləcək.

↑